Bia.Az

Fələstin: "Beynəlxalq Ədalət Məhkəməsi Qəzza ilə bağlı qərarlarını humanizm maraqları çərçivəsində verib"

Dünya
 26-01-2024, 17:56     210

Beynəlxalq Ədalət Məhkəməsinin İsrail hakimiyyətinin Qəzza zolağındakı hərəkətləri ilə bağlı qərarları beynəlxalq hüququn həyata keçirilməsinə və humanitar maraqlara yönəlib.


Bizimyol.info xəbər verir ki, bu barədə Fələstin Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Beynəlxalq Məhkəmə insanlığın və beynəlxalq hüququn xeyrinə qərar çıxarıb”, - deyə Fələstin Xarici İşlər Nazirliyinin "Al Hadath" telekanalına istinadən verilən bəyanatında bildirilir. Fələstin Xarici İşlər Nazirliyi bunu “beynəlxalq ədalətin əmr etdiyi qabaqlayıcı tədbirləri” alqışlayıb.
Bundan əvvəl Beynəlxalq Ədalət Məhkəməsi qərar vermişdi ki, İsrail Qəzza zolağında soyqırımın qarşısını almaq üçün bütün lazımi tədbirləri görməlidir. Bunu Məhkəmənin sədri Coan Donoqu Cənubi Afrikanın Soyqırım Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması üzrə Konvensiyanın mümkün pozulmasını göstərən İsrailə qarşı iddiası ilə bağlı qərarı açıqlayarkən deyib. Onun sözlərinə görə, məhkəmə təqdim olunan sənədləri öyrəndikdən sonra belə qənaətə gəlib ki, “fələstinlilər soyqırım konvensiyasının himayəsində olan bir qrupdur”,- deyə sənəddə qeyd edilir.

Fələstin Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunduğu kimi, məhkəmənin Haaqadakı qərarı “qanunlardan üstün olan dövlətin olmadığını xatırladan mühüm bir qərardır”.скачать dle 12.1