Bia.Az

Türkiyə İranla yeni sərhəd məntəqələri açacaq

Dünya
 25-01-2024, 01:24     157

Türkiyə ilə İran arasında yeni sərhəd-keçid məntəqələrinin açılması gündəmdədir.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran Prezidenti İbrahim Rəisi ilə keçirdiyi görüşdən sonra mediaya deyib.

“İki ölkənin sərhəd əyalətlərinin iqtisadi inkişafının artırılmasına yönəlmiş ticarət mərkəzləri üzərində işlər davam edir”, – Ərdoğan qeyd edib.

Ərdoğan onu da vurğulayıb ki, Türkiyə İranla iqtisadi və ticari əlaqələrini sanksiyalara görə dayandırmadı və bundan sonra da kəsməyəcək.
Qeyd edək ki, Rəisi hazırda Türkiyədə səfərdədir.скачать dle 12.1