Bia.Az

Macarıstanın baş naziri Orbanın təklifi İsveçi hiddətləndirib

Dünya
 24-01-2024, 16:11     210

Macarıstanın baş naziri Viktor Orbanın İsveçin NATO-ya üzvlüyü məsələsini müzakirə etmək üçün baş naziri Ulf Kristerssonu ölkəsinə dəvət etməsi İsveçidə hiddətlə qarşılanıb.

Bizimyol.info xəbər verir ki, Rusiyanın Ukraynaya hücumlarından sonra NATO-ya üzv olmağa qərar verən İsveçin də iştirakına dair qanun layihəsi dünən Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyasında qəbul edilib.

Türkiyənin bu qərarı İsveçdə böyük məmnunluq doğursa da, ölkə ancaq Macarıstanın təsdiqindən sonra NATO-ya üzv ola bilər.

Gərginliyi artıran məktub: İsveçdən Macarıstana rədd cavabı

Macarıstanın baş naziri Viktor Orban dünən sosial media hesabında etdiyi paylaşımda İsveçin NATO-ya üzvlük məsələsini müzakirə etmək üçün isveçli həmkarı Ulf Kristerssona dəvət məktubu göndərdiyini bildirib.
Ancaq danışıqlar təklifi iki ölkə arasında gərginliyi daha da artırıb. İsveç Macarıstanın danışıqlar tələbini qəti şəkildə rədd edib. İsveçin xarici işlər naziri Tobias Billström Orbanın təklifi ilə bağlı açıqlamasında deyib: "Hazırda danışıqlar aparmaq üçün heç bir səbəb görmürəm. Əlbəttə, ümid etdiyimiz odur ki, Macarıstan üzvlüklə bağlı sənədi ən qısa zamanda ratifikasiya edəcək".

"Orban İsveçi alçaltmaqdan həzz alır"

Bu gün İsveç mətbuatında çıxan xəbərlərdə Macarıstanın baş naziri Viktor Orbana qarşı sərt reaksiyalar diqqət çəkib. “Dagens Nyheter” qəzetinin məsələ ilə bağlı təhlilində “Orban İsveçi bir müddət daha aşağılamaq şansından həzz alır” başlığı ilə dərc edilib.
Qəzet Orbanın İsveçin baş naziri Kristerssonu Macarıstana dəvət etməsinə münasibət bildirib: “Orban əslində bilir ki, danışılacaq heç nə yoxdur və Macarıstan baş nazirinin əsl niyyətinin İsveçi nəzarətdə saxlamaqla güc nümayiş etdirməkdir”, - deyə  iddia irəli sürüb.

"Orbanın nə ilə məşğul olduğunu heç kim bilmir"

"SVT Nyheter" isə qeyd edib ki, Macarıstanın İsveçin NATO üzvlüyünə əvvəlcə etiraz etmədiyini, indi isə Baş naziri danışıqlar üçün ölkələrinə dəvət etdiyini, İsveçin NATO-ya üzvlük prosesini dramatikləşdirmək niyyətini gösrərir.
Qəzet hökumətin Macarıstanla danışıqlara “açıq şəkildə yox” dediyini yazıb və əlavə edib: “İsveç hökumətindən heç kim Macarıstanın baş naziri Orbanın nə ilə məşğul olduğunu bilmir”.

Orbana qarşı şantaj ittihamı

"Svenska Dagbladet" isə daha sərt hesabat hazırlayıb və İsveçin baş naziri Viktor Orbanı şantajda ittiham edib. Teresa Küchler tərəfindən imzalanan təhlildə: "Macarıstan İsveçin NATO-ya müraciətini təsdiqləyən son ölkə olmayacağını bildirmişdi, lakin Türkiyə buna razılıq verərkən, Baş nazir yenidən müzakirə təklif etdi. Macarıstanın baş naziri Viktor Orban şantaj siyasəti işlədərək bunu dəfələrlə etdi”, - deyə yazıb.

Macarıstanın münasibətinin arxasında nə dayanır?

Qərb mətbuatında aparılan təhlillərə görə, Budapeştdə İsveçin Macarıstana düşmən münasibət bəsləməsi üstünlük təşkil edir. Buna səbəb İsveçin verdiyi açıqlamalarda ön plana çıxan Orban hökuməti dövründə qanunun aliliyi prinsipinin aşındırıldığı tənqididir.
Orban hökuməti İsveçi təsdiqləməkdən çəkinməyəcəklərini açıqlamışdı. Hökumət İsveç və Finlandiyanın üzvlük prosesi ilə bağlı layihəni iyul ayında parlamentə təqdim edib, lakin baş nazir Orbanın "Fidesz" partiyasının üçdə iki səs çoxluğuna sahib olduğu parlamentdə layihə gündəmə gətirilməyib.

Macarıstan parlamenti hazırda qış tətilindədir. Parlamentin fevralın ortalarında iclas keçirəcəyi gözlənilir. İndiki vəziyyətdə İsveç NATO-ya üzv olmaq üçün bir müddət daha gözləyəcək...скачать dle 12.1