Bia.Az

Ağ Ev: Türkiyəyə "F-16"latın verilməsi ABŞ, Türkiyə və NATO-nun maraqlarına uyğundur

Dünya
 24-01-2024, 11:42     101

Ağ Ev rəsmisi qeyd edib ki, ABŞ prezidenti Co Bayden Türkiyənin "F-16" donanmasının modernləşdirilməsini əvvəldən dəstəkləyib.


Bizimyol.info xəbər verir ki, Ağ Ev Milli Təhlükəsizlik Şurasının rəsmisi Ananadolu Agetliyinə verdiyi açıqlamada Türkiyə Böyük Millət Məclisinin təsdiq etdiyi İsveç qanun layihəsini və "F-16"ların Türkiyəyə satışını dəyərləndirib.

“Bu ("F-16" satışı) NATO daxilində qarşılıqlı əlaqəni artıracaq və ABŞ-ın milli maraqlarına uyğundur. Konqresin xarici ölkələrə silah satışında mühüm rolu var və biz bu məsələdə Konqreslə işləyirik”, - deyə rəsmi bildirib.

ABŞ Dövlət Departamentinin sözçüsü də "AA"ya Türkiyə Böyük Millət Məclisinin İsveçin NATO-ya üzvlüyünü təsdiqləməsinin ABŞ tərəfindən müsbət qarşılandığını və İsveçin NATO-nu gücləndirəcəyini bildirib.

Rəsmi nümayəndə: "Prezident Bayden uzun müddətdir ki, Türkiyənin "F-16" donanmasının modernləşdirilməsinə verdiyi dəstəyi açıq deyir. Bu mümkün satış ABŞ, Türkiyə və bütün NATO müttəfiqlərinin milli təhlükəsizlik maraqlarını dəstəkləyəcək", - deyə qeyd edib.

Xarici ölkələrə silah satışında Konqresin əsas rolunun olduğunu vurğulayan sözçü, bəzi konqres üzvlərinin "İsveçin üzvlüyünün təsdiqinin "F-16"ların Ankaraya satılmasından əvvəl əsas qiymətləndirmə olacağını" açıq şəkildə ifadə etdiklərini vurğulayıb.

ABŞ dövlət katibi Antoni Blinken də özünün "X" sosial platforma hesabında: "Birləşmiş Ştatlar Türkiyə parlamentinin İsveçin NATO-ya üzvlük protokollarını təsdiqləmək qərarını yüksək qiymətləndirir. İsveçin üzvlüyü alyansı həmişəkindən daha güclü və vahid edəcək", - deyə paylaşım edib.скачать dle 12.1