Bia.Az

Şimaldan Cənubi Koreyaya “göz dağı” – Sülh abidəsi dağıdıldı

Dünya
 23-01-2024, 20:32     163

Şimali Koreyada Cənubi Koreya ilə barışığı simvolizə edən abidə dağıdılıb.

Globalinfo.az bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Məlumata görə, paytaxt Pxenyanda yerləşən böyük abidə ölkə lideri Kim Çen Inın göstərişinə əsasən sökülüb.

Peyk görüntülərinə görə, 2000-ci ildə qoyulan və Koreyanın yenidən birləşməsinə ümidləri simvolizə edən abidə artıq öz yerində yoxdur.

Kim Çen In yanvarın 15-də Ali Xalq Məclisində çıxışı zamanı abidəni “göz ağrısı” adlandırıb və Cənubun əsas düşmən olduğunu bildirən konstitusiya dəyişikliyi barədə göstəriş verib.

Xatırladaq ki, rəqibləri ilə nüvə müharibəsinə hazırlaşdığını deyən Şimali Koreyanın silah sınaqlarına cavab olaraq Cənubi Koreya və ABŞ hərbi manevrlərə start verib. Bundan sonra Koreya yarımadasında gərginlik artıb.

Məlumat üçün bildirək ki, sözügedən abidə 30 metr hündürlükdə idi, sülh və milli əməkdaşlıq haqqında üç xartiyanı özündə simvolizə edirdi.скачать dle 12.1