Tramp Baydeni demokratiya üçün təhlükə adlandırıb

ABŞ-ın keçmiş prezidenti Donald Tramp hazırkı Amerika lideri Co Baydeni demokratiya üçün təhlükə adlandırıb.
Bizimyol.info xəbər verir ki, o, bu barədə yanvarın 23-də Respublikaçıların prezident seçkilərinin ilkin seçim keçiriləcəyi Nyu-Hempşirdə tərəfdarları qarşısında çıxışı zamanı deyib.
“Co Bayden həqiqətən demokratiya üçün təhlükədir, o, bacarıqsızdır”, - deyə Trump qeyd edib.
Bundan əvvəl ABŞ-ın keçmiş prezidenti Baydeni ABŞ tarixinin ən pis lideri adlandırıb.
ABŞ-da növbəti prezident seçkiləri 2024-cü ilin noyabrında keçiriləcək. 25 aprel 2023-cü ildə Bayden ən yüksək hökumət ofisinə yenidən seçilmək istəyəcəyini açıqladı. Tramp 2022-ci ilin noyabrında seçki yarışına qatılacağını elan etdi.