SON DƏQİQƏ: Qırğızıstanda 7 bal gücündə zəlzələ oldu – VİDEO

Qırğızıstanda 7 bal gücündə zəlzələ baş verib.
Globalinfo.az xəbər verir ki, güclü zəlzələ Çin, Qazaxıstan və Tacikistanda da hiss olunub.
Zəlzələnin episentri Qızılsu-Qırğız Muxtar dairəsi olub.
Dağıntı və tələfat barədə hələlik məlumat yoxdur.