Polşa Elon Maskın ölkəyə mümkün investisiyaları haqqında heç nə bilmir

"Polşa amerikalı sahibkar İlon Maskın ölkəyə mümkün investisiyaları barədə heç nə bilmir, onun rəqəmsallaşma naziri ilə görüşü baş tutmayacaq".
Bizimyol.info xəbər verir ki, nazir Kşiştof Qavkovski bu barədə "RMF" FM radiostansiyasına müsahibəsində bildirib.“Bir növ görüşlə bağlı bitməli olan heç bir danışıqlar yoxdur. Biz bir nazirlik olaraq Mask ilə görüş barədə razılığa gəlmək üçün müraciət etməmişik”, - deyən nazir bildirib.
“Mən Maskın ölkəmizə hər hansı böyük sərmayə yatırımı etməklə bağlı danışması barədə heç nə bilmirəm”, - deyə nazir əlavə edib. O, Maskın nümayəndələrinin nazirliklə əlaqə saxladığını, lakin Maskın Polşada qalmasının “gündəliyinin” necə olacağını deyə bilməyəcəyini açıqlayıb.
Bildirilib ki, amerikalı milyarder İlon Mask Polşaya gəlməmişdən bir neçə gün əvvəl Kşiştof Qavkovski ilə görüşmək istəyib.
Yanvarın 21-i axşam saatlarında İlon Maskın təyyarəsi Krakovda eniş edib. Amerikalı sahibkar keçmiş faşist konsentrasiya düşərgəsindəki Osventsimdə anım mərasimində, həmçinin internetdə antisemitizm mövzusunda müzakirədə iştirak etmək niyyətindədir.
Bazar ertəsi məlum olub ki, İlon Mask və Lex Uels arasında əvvəllər planlaşdırılan görüş də keçmiş dövlət başçısının (1990-1995) səhhəti səbəbindən baş tutmayacaq.