Bia.Az

Avropa İttifaqı Kiyevə 20 milyard avroluq hərbi yardım planı üzərində işləyir

Dünya
 22-01-2024, 12:15     111

Avropa İttifaqı (Aİ) Ukrayna ilə bağlı plan hazırlayır. Bu plana əsasən, Avropa ölkələri növbəti dörd il ərzində Kiyev hakimiyyətinə 20 milyard avrodan çox hərbi dəstək verə bilər.

Bizimyol.info xəbər verir ki, bu barədə bazar günü "The Wall Street Journal" sərəncamında olan sənəd layihəsinə istinadən məlumat yayıb.
“Ukraynanın xarici dəstəkdən asılılığını nəzərə alsaq, Aİ və tərəfdaşlarının qarşıdakı dövrdə edəcəyi seçimlər ya Ukraynaya həlledici irəliləyiş əldə etməyə imkan verəcək, ya da Ukraynanın müqavimət göstərmək qabiliyyətini ciddi şəkildə sarsıdacaq”, - deyə nəşr sənəddən çıxarış təqdim edib.
Yeni təklif 2022-ci ildə yaradılan Avropa Sülh Fondundan 6,5 milyard avro istifadə edəcək bir fondun yaradılmasını nəzərdə tutur, əlavə olaraq, 2024-cü ildən 2027-ci ilə qədər ona 5 milyard avro kredit veriləcək. Yeni fond Aİ ölkələrinin Kiyev hakimiyyətinə hərbi yardım göstərilməsi, o cümlədən döyüş sursatı, pilotsuz uçuş aparatları və hava hücumundan müdafiə vasitələrinin alınması xərclərini kompensasiya edəcək. Fondun qalan hissəsi Ukrayna qoşunlarının döyüş hazırlığı proqramlarının xərclərini ödəyəcək. Təşəbbüs bu il Aİ ölkələri üçün 7,5 milyard avroya qədər kompensasiya nəzərdə tutur.
Nəşr bildirir ki, Ukraynaya yeni yardım planının müzakirəsi yaxın günlərdə başlayacaq və çox güman ki, fevralın 1-də Aİ sammitində müzakirə mövzularından birinə çevriləcək. Bununla belə, nəşr qeyd edir ki, yeni planla bağlı qərar qəbul etmək bir neçə həftə çəkəcək. Məlumatda bildirilir ki, planın həyata keçirilməsinə əsas maneə onun bütün Aİ ölkələri tərəfindən yekdilliklə təsdiqlənməsi zərurəti olacaq.
Dekabrın 14-15-də Brüsseldə keçirilən Aİ-nin sonuncu sammitində Macarıstanın baş naziri Viktor Orban Aİ-nin 2024-2027-ci illər üçün büdcəsinə Ukraynaya 50 milyard avro vəsaitin ayrılmasını nəzərdə tutan düzəlişləri bloklayıb. Macarıstan vəsaitlərin xərclənməsinə ciddi nəzarət etməklə Kiyevə mərhələli şəkildə, illik əsasda maliyyə yardımı göstərməyi təklif edib. Eyni zamanda, Budapeşt hesab edir ki, büdcədənkənar maliyyə mənbələrindən istifadə edilməli və ümumi kreditlər götürülməməlidir.скачать dle 12.1