Bia.Az

Ukrayna Rusiya ilə nə vaxt danışıqlar masasına oturacaq? - Podolyak

Dünya
 21-01-2024, 01:03     339

İşğalçı ordu müəyyən taktiki məğlubiyyətlər aldıqdan sonra Ukrayna Rusiya Federasiyası ilə danışıqlara başlaya bilər. Danışıqların nəticəsi əsasən başlanğıc mövqeyindən asılıdır.

Bizimyol.info xəbər verir ki, bunu telemarafon zamanı Prezident Aparatının müşaviri Mixail Podolyak bildirib.

"Bütün müharibələrin sülhlə bitməsi formulunu çox bəyənirəm. Bu başa düşüləndir, sual budur ki, siz bu danışıqlara başlayanda hansı mövqedəsiniz. Əgər danışıqlar Rusiya Federasiyasının müəyyən taktiki məğlubiyyətlər aldığı anda başlayırsa və onlar Danilovun (Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov) haqqında danışdığı proseslərə - sosial gərginlik, müəyyən daxili iğtişaşlara - bəli, əlbəttə ki, danışıqlara başlamaq olar", - deyə o qeyd edib.

Eyni zamanda o, bildirib ki, bu danışıqlar zamanı Rusiya Federasiyasının nüvə silahından imtina etməsi məsələsi Moskvanın qlobal məğlubiyyət alacağı təqdirdə mümkündür: “Qlobal məğlubiyyət nədir? Rusiya bundan sonra nəinki Avropada, ümumiyyətlə, qlobal siyasi proseslərdə hökmranlıq edə bilməyəcək. Rusiya Federasiyasının bunun üçün heç bir resursu olmayacaq, BMT Təhlükəsizlik Şurasında bu və ya digər veto hüququndan istifadə edə bilməyəcək, bir sıra digər avtoritar dövlətlərin dəstəyini almayacaq, çünki o, müharibədə uduzmuş ölkə sayılacaq”, - deyə Prezident Aparatı rəhbərinin müşaviri deyib.

KİV-də ABŞ və Ukrayna ilə müttəfiqlərinin sülh planı üzrə “gizli görüş” keçirməsi, Kiyevin Rusiya ilə danışıqlara dəstək vermək istədiyi barədə məlumatlar yayılıb.

Mixail Podolyak vurğulayıb ki, Rusiya hərbi istehsala aktiv sərmayə qoyur, həmçinin ordusunu 2,5-3,5 milyon artıracaq, ona görə də müharibə dondurulsa, Rusiya Federasiyası üç dəfə güclənəcək.скачать dle 12.1