Bia.Az

Aİ 10 bəndlik plan hazırladı: Fələstin-İsrail münaqişəsi həll olunur?

Dünya
 20-01-2024, 20:21     488

vropa İttifaqı Fələstin-İsrail münaqişəsinin həlli üçün 10 bəndlik plan hazırlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “EurActiv” nəşri məlumat dərc edib.

Məlumata görə, Aİ İsrail-Fələstin münaqişəsinin etibarlı və hərtərəfli həlli üçün 10 bəndlik plan hazırlayıb:

“Mövcud çətinliklərə və qeyri-müəyyənliklərə baxmayaraq İsraillə Fələstin arasında sülhə hazırlaşmağın vaxtı çatıb”, – deyə nəşr yazıb.
Bildirilir ki, “Aİ”nin planı Qəzza zolağına sülh gətirə, müstəqil Fələstin dövləti yarada, İsrail və ərəb dünyası arasında münasibətləri normallaşdıra, eləcə də regionda uzunmüddətli təhlükəsizliyi təmin edə bilər. Yəni planda bütün bunların həyata keçirilməsini özündə ehtiva edən bir sıra addımlar nəzərdə tutulub.

Aİ rəsmisi Sven Koopmans bildirib ki, Misir, İordaniya, Səudiyyə Ərəbistanı, Ərəb Liqası və digər əsas tərəfdaşlarla ilkin məsləhətləşmələr aparılır. Koopmans həmçinin mümkün olan ilk fürsətdə Avropa İttifaqına üzv dövlətlərin rəsmiləri ilə məsləhətləşmələr aparılacağını və xüsusi iclas çağrılacağını  deyibскачать dle 12.1