Bia.Az

Mehridən həyəcanlı xəbərlər gəlir – İrəvanda təşviş

Dünya
 20-01-2024, 13:21     222

“Zəngəzur dəhlizinin açılmasından danışdıqca Mehridən gələn xəbərlər insanların həyəcanına səbəb olur. Görünür, mühüm strateji mövqedə yerləşən bu şəhərin itirilməsi üçün hər şey edilir”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.

Erməni KİV yenidən iddia edir ki, Sünik (Zəngəzur – red.) vilayətinin Mehri rayonunun dövlət qurumları bağlanıb:

“Mehridə məhkəmə binası, hərbi komissarlıq bağlıdır, iki ildir ki, morq ləğv edilib və bu məsələ heç bir şəkildə həll edilmir, heç xəstəxana da işləmir. Hətta müasir tibbi avadanlıq yoxdur. Blogerlər bu məsələni gündəmə gətirən zaman hakimiyyət xəbəri təkzib etdi”, – məlumatda deyilir.
Mehrinin keçmiş meri Ararat Tumanyan jurnalistin sualını cavablandırarkən qurumların bağlanmadığını bildirib.скачать dle 12.1