Bia.Az

Zelenski Trampı Kiyevə dəvət edib - Video

Dünya
 20-01-2024, 11:49     182

Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidentliyinə namizəd Donald Trampın “Ukraynada müharibəni 24 saat ərzində bitirəcəyi” ilə bağlı açıqlamasına münasibət bildirib.

Bizimyol.info xəbər verir ki, “Channel 4 News” telekanalına müsahibəsində Ukrayna dövlət başçısı Trampı Kiyevə səfərə dəvət edib.
"Donald Tramp, mən səni Ukraynaya, Kiyevə dəvət edirəm. Beləliklə, əgər 24 saat ərzində müharibəni dayandıra bilsən, məncə, bu, gəlmək üçün kifayət edər", - Zelenski deyib.
Xüsusilə Trampın Ukraynadakı müharibəni tez bitirmək fikri Zelenskinin narahatlığına səbəb olub: “Yəni o, qərarları təkbaşına qəbul edəcəyini deyir - mən Rusiyanı belə demirəm - hər iki tərəf olmadan, yəni bizsiz. Bu, onu deməyə əsas verir ki, onun heç kimin eşitmədiyi ideyası bizə, xalqımız üçün qəbilediləz olsa da, o zaman o, istənilən halda ideyasını həyata keçirmək üçün hər şeyi edəcək. Bu da məni bir az narahat edir”, - deyə Zelenski qeyd edib.
O, həmçinin bildirib ki, amerikalı siyasətçilərin ona bir şey söyləməsi və ardınca başqa bir şey etməsi onu narahat etmir: “Mən konqresmenlər və ya senatorlarla görüşdüm. Mən onlarla oturanda təkbətək və ya birgə iclaslarda danışmağımızdan asılı olmayaraq, böyük əksəriyyət, 99% mənim tərəfimdə idi. Mən nəticələrə inanıram. Biz ABŞ-ın dəstəyi və köməyi olmadan yaşaya bilməzdik. Bu bir faktdır. Və buna görə də mən bu gün əsasən onlara güvənirəm və güvənəcəyəm”, - deyə Ukrayna Prezidenti vurğulayıb.
ABŞ prezidentliyinə namizəd Donald Tramp Ukraynaya yardımın asılı olduğu sərhəd razılaşmasına qarşı çıxıb. O, Ağ Evlə Meksika ilə sərhədin möhkəmləndirilməsini nəzərdə tutan razılaşmaya qarşı çıxıb.
Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski Trampın müharibə ilə bağlı açıqlamalarından danışıb. Onun sözlərinə görə, “Respublikaçılar Partiyasının sıralarında bəzi radikal səslər Ukrayna cəmiyyətini gərginləşdirir.


скачать dle 12.1