Bia.Az

Almaniya: Ukraynaya silah tədarükü məsələsində risq etmək olmaz

Dünya
 19-01-2024, 15:00     233

"Almaniya Ukraynaya silah tədarükü məsələsində risqə gedə bilməz, çünki o, öz təhlükəsizliyini düşünməlidir".


Bizimyol.info xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius “Der Tagesspiegel” qəzetinə müsahibəsində deyib.

Öz koalisiyasının nümayəndələrinin Ukraynaya daha çox tank verilməsi xahişini şərh edən Pistorius qeyd edib ki, Almaniya öz təhlükəsizliyini də yadda saxlamalıdır: "Bəzilərinin tələb etdiyi kimi biz hər şeyə gedə bilmərik, əks halda özümüz müdafiəsiz qalacağıq", - deyə bildirib.
“Taurus” uzaqmənzilli raketlərinin Kiyevə təhvil verilməsi tələblərindən danışan nazir qeyd edib ki, tədarüklə bağlı hər bir qərarla Almaniya hakimiyyəti “nə qədər təsir edəcəklərini və ya Almaniyanın Ukrayna münaqişəsindəki rolunu necə dəyişəcəyini” hesablayırlar. Pistoriusun fikrincə, buna görə də, “Taurus” tədarükləri Berlin üçün indiyədək “seçim olmayıb”. O, həmçinin qeyd edib ki, Ukraynanın heç bir tərəfdaşı onu belə bir şeylə təmin etmir.

Çərşənbə günü Bundestaq səs çoxluğu ilə Xristian Demokratik və Xristian Sosial Birliklərinin (CDU/CSU) mühafizəkar fraksiyasının Ukraynaya Rusiya ərazisindəki hədəfləri vura bilən uzaqmənzilli "Taurus" qanadlı raketləri ilə təchiz edilməsi barədə qərarını rədd edib. 485 parlamentari “Taurus”un tədarükünün əleyhinə səs verib, 178-i lehinə səs verib (onlardan 176-sı CDU/CSU fraksiyasının üzvüdür).

Kiyev uzun müddətdir ki, Berlindən "Taurus" raketlərini təhvil verməsini xahiş edir, lakin Almaniya kansleri Olaf Şolz indiyədək Ukrayna tərəfinin çağırışlarına təmkinlə cavab verib və ötən ilin oktyabrında bunu hələlik etməmək qərarına gəldiyini bildirib. O, dəfələrlə bütün silah təchizatının xaricdəki tərəfdaşlarla razılaşdırıldığını bildirib və qeyd edib ki, Almaniyanın prioriteti Ukraynanı hava hücumundan müdafiə sistemləri və artilleriya sursatları ilə təmin etməkdir.

10 il əvvəl Bundesver üçün təxminən 600 “Taurus” alınıb. Bu raketlər artıq Ukraynaya gətirilən Britaniyanın “Storm Shadow” raketinin analoqu hesab edilir. Bununla belə, Alman-İsveç raketlərinin uçuş məsafəsi bir qədər böyükdür - 500 km-ə qədər.скачать dle 12.1