Bia.Az

Makron: “Rusiyanın Ukraynaya qalib gəlməsinə imkan vermək olmaz”

Dünya
 17-01-2024, 14:52     242

Fransa prezidenti Emmanuel Makron Ukrayna münaqişəsində Rusiyanın qələbəsinə imkan verməməklə bağlı çağırış edib.


Bizimyol.info xəbər verir ki, Fransa lideri bu barədə Yelisey sarayının mətbuat xidməti tərəfindən yayımlanan mətbuat konfransı zamanı bildirib.
“Avropalılar, biz fransızlar qarşıdakı həftələrdə və aylarda, Rusiyanın qələbəsinin qarşısını almaq üçün yeni, xüsusi qərarlar qəbul etməli olacağıq”, - deyə Makron qeyd edib. O: “Rusiyanın qalib gəlməsinə imkan vermək, hətta bizim müəyyən etdiyimiz beynəlxalq nizam qaydalarına da, daha əhəmiyyət vermək olmaz. O qydalar Rusiya üçün kçəri deyil. Biz Avropanı Kremlə bağışlaya bilmərik”, - deyə o əlavə edib.

“Baltikyanı, Polşalı və Rumıniyalı dostlarımız üçün həyat qeyri-mümkün olacaq. Mən Moldovanı və Qafqaz dövlətlərini də nəzərdə tuturam. İndi Ukraynadakı müharibəyə göstərilən laqeyd yanaşma bu ölkələri və gələcəkdə bütün Avropanı təhlükə altına sala bilər. O zaman bizim bu gün qoruduğumuz dəyərlər heç bir fayda verməyəcək. Biz Ukraynanı və Avropanı xilas etmək barədə indi, gecikmədən  hərəkət etməliyik”, - deyə Fransa lideri bildirib.скачать dle 12.1