Bia.Az

İrəvandan ehtimal müharibə mesajı – “Üçüncü ölkənin planı”

Dünya
 17-01-2024, 12:22     163

“Azərbaycan Prezidenti İlham Əliyevin son müsahibəsinin ardınca Ermənistan Baş naziri Nikol Paşinyan başda olmaqla mövcud rejimin nümayəndələri Rusiyaya qarşı yeni təbliğat kampaniyasına başlayıblar”.

Globalinfo.az xəbər verir ki, bunu “Hraparak” nəşrinin şərhçisi Lusine Şahverdyan yazıb.

O bildirib ki, son dövrlərdə Ermənistan-Rusiya münasibətləri konstruktiv görünürdü:

“Xüsusən ötən ilin sonunda Nikol Paşinyanın Peterburqa getməsi bunun göstəricisi idi. Lakin Paşinyan həftəsonu partiya üzvləri ilə görüşündə anti-Rusiya kampaniyasının yeni mərhələsinə başlayıb. Əliyevin fikirlərinə gec-tez toxunaraq, o, ad çəkmədən mümkün müharibənin bütün məsuliyyətini və günahını üçüncü ölkənin üzərinə atmağa çalışıb. Aydındır ki, Paşinyanın eyhamı Rusiya olub. O bildirib ki, Ermənistan və Azərbaycandan kənarda sülhün bərqərar olmasına mane olan qüvvələr var”.

L.Şahverdyan Zəngəzur dəhlizi məsələsinə də toxunub:

“Bu, sadəcə Moskvanın arzusudur. Ermənistan parlamentinin Maliyyə, kredit və büdcə məsələləri üzrə komissiyasının rəhbəri, hakim partiyanın üzvü, deputat Gevorq Papoyan da jurnalistlərlə keçirdiyi brifinqdə Rusiya Federasiyasından danışaraq, Sünikdə (Zəngəzur) nəyisə idarə etməyin Rusiyanın arzularından biri olduğunu deyib”.

Qeyd edək ki, Ermənistanda son günlər hərbi ritorika artıb. Ekspertlər yeni toqquşmanın mümkünlüyünü iddia edirlər. Rəsmi Bakı isə təxribat olmayacağı halda Ermənistan ərazisində hərbi hədəflərinin olmadığını bildirib.скачать dle 12.1