Bia.Az

Jean Karrollun Trampa qarşı “zərərin təzminatı” iddiası Nyu York məhkəməsində araşdırılacaq

Dünya
 17-01-2024, 11:48     160

ABŞ-ın keçmiş prezidenti Donald Trampın daha əvvəl “E. Jean Karroll” adlı qadına təcavüz və təhqirdə ittiham olunaraq təzminat ödəməyə məhkum edildiyi məhkəmənin davamı olan “zərərin təzminatı” məhkəməsi Nyu York məhkəməsində münsiflər heyətinin seçilməsi ilə başlayıb.

Bizimyol.info xəbər verir ki, Trampın da qatıldığı səhər iclasda keçmiş prezidentin nə qədər təzminat ödəyəcəyinə dair 9 nəfərlik hakim heyəti müəyyənləşib.
Münsiflər heyətinin seçimindən sonra iclasda açılış ifadələri başlayıb, Tramp isə Nyu-Hempşirdəki seçki kampaniyası üçün məhkəməni tərk edib. Tramp sosial media hesabındakı paylaşımında işə sədrlik edən hakimi tənqid edərək, onu “Tramp nifrət edən radikal solçu” adlandırıb və işi siyasi motivli cadugər ovu kimi tənqid edib.
İşin açılışında çıxış edən Kerrollun vəkili Şon Krouli Trampın müvəkkilini ləkələməyə davam etdiyini müdafiə edərək, “Sessiz qalmaq üçün nə qədər pul ödəməlidir?” sualını verib.
Trampın vəkili Alina Habba da Kerrollun Tramp vasitəsilə şöhrət qazanmağa çalışdığını bildirib: “Onun karyerası uğurlu olub və həmişə istədiyi kimi yenidən diqqət mərkəzinə düşüb”, - deyə qeyd edib.
Bu gün davam edəcək iclasda iddiaçı E.Jean Karroll ifadə verəcək. Karroll may ayında Trampın zorlama və böhtanda təqsirli bilinməsindən sonra qazandığı 5 milyon dollara əlavə olaraq 10 milyon dollar “zərər” tələb edir. Jurnal yazıçısı olan 79 yaşlı Kerroll Trampın 1996-cı ilin yazında Nyu Yorkdakı "Bergdorf Goodman" mağazasının soyunub-geyinmə otağında ona təcavüz etdiyini bildirsə də, Tramp bu iddiaları rədd edib.
May ayında iki həftə davam edən dinləmələrdən sonra Kerollun açdığı "zorlama və təhqir" işində məhkəmə heyəti Trampı təqsirli bilib. Münsiflər heyəti bildirib ki, Tramp Karrolla ümumilikdə 5 milyon dollar təzminat, cinsi qısnama və təcavüzə görə 2 milyon dollar və böhtana görə 3 milyon dollar ödəməlidir.
İlk hüquqi qələbədən sonra Kerroll Trampa qarşı ikinci “zərərin təzminatı” iddiası qaldırıb və sentyabrın 6-da hakim bu işdə yenidən Trampı günahkar hesab edib. Dünən başlayan işdə bu dəfə münsiflər heyəti yalnız Trampın ödəyəcəyi təzminatın məbləğinə qərar verəcək.скачать dle 12.1