Bia.Az

Trump seçkilərindəki qələbəsi ilə bağlı proqnozlarla fəxr edir

Dünya
 16-01-2024, 11:25     308

ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib ki, Ayova ştatında ilkin seçkilərdə qalib gələcəyi proqnozlaşdırılmasına görə özünü çox xoşbəxt hesab edir.

Bizimyol.info xəbər verir ki, Ayova ştatında keçirilən ilkin seçkilərdə Trampın qələbəsini digərləri ilə yanaşı "CNN", "NBC" və "Fox News" da proqnozlaşdırır. Onlar proqnozlarını ilk səsvermənin nəticələrinə və öz təhlillərinə əsaslanırlar.
“Bir neçə dəqiqədən sonra çox layiqli rəqibləri məğlub etdiyimi elan etmələri böyük şərəfdir. Bu, böyük hadisə və böyük sevinc hissdir. Mən böyük qələbəmizə inanıram”, - deyə o, "Fox News"a bildirib.
Ayova Respublikaçılar Partiyasının saytında dərc edilən ilkin nəticələrə görə, seçicilərin 50%-dən çoxu Trampa səs verib. Florida qubernatoru Ron DeSantis ikinci yerdədir və respublikaçıların 17,3%-dən çoxu onu dəstəkləyir. Seçicilərin 17,1%-i BMT-dəki keçmiş daimi nümayəndə Nikki Heyliyə, 7%-i isə iş adamı Vivek Ramasvamiyə səs verib.
Bazar ertəsi Ayova ştatında bu partiyadan ABŞ prezidentliyinə namizədin seçilməsi prosesinə rəsmən start verəcək Respublikaçıların ilk kokusları (hər partiyanın öz namizədini seçdiyi partiya fəallarının toplantıları) keçirilir.скачать dle 12.1