Bia.Az

Roma Papası Moskva və Kiyev arasında danışıqlar təşkil etməyi planlaşdırır

Dünya
 15-01-2024, 15:41     130

Papa Fransisk Vatikanda Rusiya və Ukrayna arasında danışıqlar təşkil etməyin mümkünlüyünü bildirib.

Bizimyol.info xəbər verir ki, bu barədə Rusiya mətbuatına Dünya Köhnə Möminlər Birliyinin sədri Leonid Sevastyanov məlumat verib.
Onun sözlərinə görə, pontifiklə əlaqə saxlayıb. O qeyd edib ki, hazırda papa öz yerində sülh danışıqları ilə bağlı mini sammit hazırlamağı planlaşdırır. Din xadimi bildirib ki, hazırlıqlar zamanı onlar Rusiya və Ukrayna diplomatları ilə danışıqlar aparmaq, eləcə də, mövqeləri müqayisə etmək üçün Vatikana nümayəndə dəvət etmək ideyasını üzərində işləyirlər. Sevastyanov bildirib ki, hazırda Papanın özü məsləhətləşmələr aparır.
Bundan əvvəl Papa Milad müraciətində bütün tərəfləri müharibələrə son qoymağa çağırıb. O qeyd edib ki, dünyada silah istehsalı və ticarəti artdığı üçün sülhdən danışmaq mümkün deyil. Ənənəvi xeyir-dua və bağışlama zamanı pontifik nəzərəçarpacaq dərəcədə nəfəs darlığı ilə danışıb.

Qeyd olunur ki, ənənəvi xeyir-dua və bağışlama zamanı 87 yaşlı pontifik nəzərəçarpacaq dərəcədə nəfəs darlığı ilə danışıb. Bu yaxınlarda onun bronxitdən əziyyət çəkdiyi və xəstəxanaya yrləşdirilməsi ilə bağlı xəbər verlmişdi.

Daha əvvəl Patriarx Kirill insanların müharibəsiz yaşaya bilməməsindən təəssüfləndiyini bildirib.скачать dle 12.1