Bia.Az

Putinin KXDR-ə səfəri yaxın gələcəkdə baş tuta bilər - Peskov

Dünya
 15-01-2024, 14:56     122

"Rusiya prezidenti Vladimir Putinin Koreya Xalq Demokratik Respublikasına (KXDR) səfəri yaxın gələcəkdə baş tuta bilər, vaxt diplomatik kanallar vasitəsilə daha sonra razılaşdırılacaq".

Bizimyol.info xəbər verir ki, bu barədə jurnalistlərə dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.

“Vladimir Putinin Pxenyana rəsmi səfər etmək üçün etibarlı dəvəti var. Ümid edirik ki, belə bir səfər baş tutacaq, Rusiya prezidenti yaxın gələcəkdə KXDR-ə səfər edəcək. Belə bir səfərin vaxtı diplomatik kanallar vasitəsilə daha sonra razılaşdırılacaq”, - deyə Peskov bildirib.
Bu günlərdə Moskvada səfərdə olan Şimali Koreyanın xarici işlər naziri Çoi Sonq Hui ilə Putinin görüşünün mümkünlüyü barədə sualı cavablandıran Rusiya prezidentinin mətbuat katibi: “İki xarici işlər nazirləri arasında aparılan danışıqların nəticələri barədə prezidentə məlumat veriləcək. Prezidentlə görüşə gəlincə, biz belə bir görüşü istisna etmirik. Bu barədə mətbuata məlumat verəcəyik”, - deyə qeyd edib.
Dövlət başçısının mətbuat katibi bildirib ki, Rusiya Federasiyası KXDR ilə bütün sahələrdə tərəfdaşlığı inkişaf etdirmək niyyətindədir: “Şimali Koreya bizim ən yaxın qonşumuz, tərəfdaşımızdır, onunla münasibətləri və bütün sahələrdə tərəfdaşlığı daha da inkişaf etdirmək niyyətindəyik”, - Peskov KXDR Xarici İşlər Nazirliyinin rəhbərinin Moskvaya səfərindən danışarkən deyib. Kreml nümayəndəsi xatırladıb ki, müvafiq razılıq iki ölkə liderləri arasında Vostoçnı kosmodromunda keçirilən görüş zamanı əldə olunub. “Koreya Xalq Demokratik Respublikası ilə bütün səviyyələrdə dialoq davam edəcək”, - deyə Peskov vurğulayıb.

Rusiya Federasiyasının xarici işlər nazirləri Sergey Lavrov və onun koreyalı həmkarı Çoi Sonq Hui arasında Moskvada danışıqlar çərşənbə axşamı, yanvarın 16-na planlaşdırılıb.

Qeyd edək ki, Şimali Koreya lideri Kim Çen In 2023-cü ilin sentyabrında Rusiya Federasiyasına səfəri zamanı Putini ölkəsinə səfərə dəvət edib.скачать dle 12.1