Bia.Az

Netanyahu SƏRT DANIŞDI: “İsraili heç kim dayandıra bilməyəcək”

Dünya
 14-01-2024, 01:36     295

“Müharibədə İsraili heç kim dayandıra bilməyəcək”.

Globalinfo.az xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu hərbi qərargahda keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, İsrail qələbə yolundadır və tam uğur qazanana qədər Təl-Əviv öz yolundan dönməyəcək. Netanyahu həmçinin Cənubi Afrikanın Beynəlxalq Ədalət Məhkəməsinə müraciətinə də toxunub. O, Haaqa məhkəməsini ikiüzlülükdə ittiham edib:

“Antisemitizm hələ də yaşayır. Lakin yəhudi xalqının statusu dəyişib. İndi bizim dövlətimiz, ordumuz və xalqımızı qoruyan qəhrəman əsgərlərimiz var”, –  deyə İsrailin Baş naziri fikirlərini tamamlayıb.скачать dle 12.1