Bia.Az

Ermənistan-Türkiyə sərhədindəki keçid məntəqəsinin inşası tamamlandı

Dünya
 12-01-2024, 22:05     189

Ermənistan Türkiyə ilə sərhəddə yerləşən “Marqara” keçid məntəqəsinin tikintisini başa çatdırıb.

Yeniavaz.com Ermənistan KİV-ə istinadla xəbər verir ki, bu barədə mətbuat konfransında Dövlət Gəlirləri Komitəsinin sədr müavini Karen Tamazyan məlumat verib.

“Gömrük və texniki imkanlar, pasport nəzarəti, o cümlədən sərhəd xidməti baxımından sərnişinlərə lazımi şəkildə xidmət göstərilməsi üçün bütün infrastruktur hazırdır”, - deyə o qeyd edib.

Qeyd edək ki, Ermənistan və Türkiyəyə səfər edən üçüncü ölkə vətəndaşlarının Ermənistan-Türkiyə quru sərhədini keçmək imkanlarının təmin edilməsi barədə razılıq 2022-ci il iyulun 1-də Vyanada əldə olunub.скачать dle 12.1