Bia.Az

ABŞ kəşfiyyatından hücum anonsu – Daha bir savaş gözlənilir?

Dünya
 12-01-2024, 16:58     182

Hizbullah Böyük Britaniya və ABŞ-ı Yəmənə təcavüzdə ittiham edib. Bunun ardınca ABŞ kəşfiyyatı məlumat yayıb ki, Hizbullah yaraqlıları ABŞ ərazisində və ya xaricdəki ABŞ diplomatlarına hücumlar həyata keçirə bilərlər.

Belə olan məqamda ABŞ-Hizbullah qarşıdurması gözləniləndir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Natiq Miri qeyd edib ki, husilər Yəmən dövləti demək deyil, o, parçalanmış vəziyyətdədir:

“İranın sifarişi və dəstəyi ilə Yəməndəki husilər dünya ticarətinə potensial təhlükəyə çevrilib. Gəmilər Qırmızı dənizdən heç bir istiqamətə hərəkət edə bilmir. Bu da beynəlxalq ticarətin qarşısını almaq kimi qiymətləndirilir. ABŞ və Britaniyanın keçirdiyi əməliyyat əvvəlcədən qərarlaşdırılmış aksiyadır. İran və husilərə təhlükələrin dayandırılması ilə bağlı xəbərdarlıq edilmişdi. Husilər terror qruplaşması kimi təqdim olunur və onların Yəmənə təcavüzün qarşısını almaq adı altında hər hansı aksiya keçirməsi qəbuledilməzdir. ABŞ və Böyük Britaniyanın bu istiqamətdəki addımı tam legitimdir. Lakin hərbi əməliyyatlar dron, raket və qırıcı təyyarələrlə həyata keçirilir. Həmin hücumlar nəticəsində bir terrorçunu öldürmək üçün dinc sakinlər də qurban gedir”.

Politoloqun fikrincə, ABŞ-Hizbullah qarşıdurması gözlənilmir:

“Bu, regionda böyük qarşıdurmaya səbəb olar. Vaşinqton isə bunda maraqlı deyil”.скачать dle 12.1