Bia.Az

Paşinyan erməni hərbçilərinə qumar oynamağı qadağan edib

Dünya
 11-01-2024, 19:04     177

Ermənistanın Baş naziri hərbçilər üçün qumar xidmətlərinin qadağan edilməsi təklifini dəstəkləyib

Ermənistanın Baş naziri Nikol Paşinyan Respublika İstintaq Komitəsinin rəhbərinin hərbi qulluqçulara qumar xidmətlərinin göstərilməsinin qadağan edilməsi təklifini dəstəkləyib. AYNA erməni mediasına istinadən bildirir ki, bu, hökumətin iclasında “Qumar fəaliyyətinin tənzimlənməsi haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı baş verib.

Yeni qanun layihəsinə görə, bütün mərc saytları və proqramlar hərbçilər üçün avtomatik qadağalarda qurulmalıdır. Bundan əvvəl məhdudiyyətlər yalnız yaşı 21-dən az olan gənclərə, dövlət müavinətləri alanlara və qumar oyunlarına aludəliyinə görə məhkəmə tərəfindən məhdud fəaliyyət qabiliyyətli kimi tanınan şəxslərə şamil edilirdi.

Qeyd edək ki, bu gün Ermənistan hökuməti “Qumar fəaliyyətinin tənzimlənməsi haqqında” və “Çirkli pulların yuyulmasına və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunlara dəyişiklik edilməsi layihələrini təsdiqləyib.скачать dle 12.1