Bia.Az

Blinken: "ABŞ Fələstin dövlətinin yaradılmasını istəyir"

Dünya
 10-01-2024, 17:37     225

"ABŞ Fələstin dövlətinin yaradılması üzrə tədbirləri dəstəkləyir".


Bizimyol.info xəbər verir ki, “France-Presse”in (AFP) verdiyi məlumata görə, bu sözləri ABŞ dövlət katibi Entoni Blinken Ramallahda Fələstin prezidenti Mahmud Abbasla görüşündə deyib.
Agentliyin verdiyi məlumata görə, Blinken ABŞ-ın Fələstin dövlətinin yaradılması üçün real tədbirləri dəstəklədiyini bir daha təsdiqlədi.
“The Washington Post” qəzetinin yazdığına görə, ABŞ dövlət katibi Yaxın Şərqə səfəri çərçivəsində Vaşinqtonun Fələstin Milli Administrasiyasının “yenilənmiş” versiyasının İordan çayının qərb sahilini və Qəzza zolağının bütün regionları idarə edə biləcəyini nəzərdə tutan planını təbliğ edir. Dövlət katini bildirib ki, ABŞ-ın planı İsrailin baş naziri Binyamin Netanyahunun qarşısını almağa çalışdığı Fələstin dövlətinin yaradılması ehtimalını nəzərdə tutur.
Qəzet əlavə edir ki, ABŞ xaici işlər idarəsinin rəhbəri İordan çayının qərb sahilində qeyri-sabitliyin artdığını qeyd edib və ABŞ-ın ekstremist zorakılıqla mübarizə səylərini müzakirə edib. Bununla yanaşı, amerikalı diplomat ABŞ-ın mövqeyini bildirərək vurğulayıb ki, Fələstin büdcəsinə vergi gəlirlərindən İsrail tərəfindən toplanan gəlirlər “əvvəlcədən bağlanmış razılaşmalara uyğun olaraq” Fələstin administrasiyası tərəfindən alınmalıdır.
Bundan əvvəl AFP xəbər vermişdi ki, Blinken yanvarın 10-da Bəhreynə elan olunmamış səfər edəcək. ABŞ dövlət katibi yanvarın 4-dən 11-dək Yaxın Şərq və qonşu ölkələrə səfərini davam etdirəcək. O, artıq Yunanıstan, İsrail, İordaniya, BƏƏ, Səudiyyə Ərəbistanı və Türkiyəyə səfərdə olub. Dövlət və hökumət başçıları, eləcə də xarici işlər nazirləri ilə görüşüb.скачать dle 12.1