Bia.Az

Ukraynada “Baykar” zavodunun tikintisi iki il ərzində başa çatdırılacaq

Dünya
 10-01-2024, 15:15     178

Türkiyənin "Baykar" şirkətinin Ukraynada pilotsuz uçuş aparatlarının istehsalı üzrə zavodunun tikintisinin iki il ərzində başa çatdırılması planlaşdırılır.

Bizimyol.info xəbər verir ki, bu barədə Ukraynanın Türkiyədəki səfiri Vasil Bodnar məlumat verib.
“Ölkəmizdə “Baykar” zavodunun tikintisinin iki il ərzində başa çatdırılmasını gözləyirik”, - deyə səfir "24" telekanalına müsahibəsində bildirib. O, zavodun tikildiyi yerin adını çəkməyib, bunu təhlükəsizlik səbəbi ilə izah edib.
Bundan əvvəl diplomat bildirmişdi ki, müəssisənin işə salınması 2023-cü ilin sonuna qədər mümkündür. "Baykar" şirkəti Ukraynadakı layihələrə, o cümlədən dron istehsalı zavodunun tikintisinə təxminən 100 milyon dollar sərmayə qoymağı planlaşdırdığını bildirib.
Ukrayna səfiri həmçinin bildirib ki, Kiyev Türkiyənin yaratdığı "Kaan" beşinci nəsil qırıcı üçün mühərriklərin istehsalı üzrə tenderdə iştirak edir. Bundan əlavə, onun sözlərinə görə, "ANKA-3" pilotsuz təyyarələri və "ATAK-2" hücum helikopterləri Ukrayna istehsalı olan mühərriklərlə təchiz edilib.скачать dle 12.1