Bia.Az

Blinken Yunanıstandan Ukraynaya silah tədarükünü davam etdirməsini tələb edib

Dünya
 10-01-2024, 14:44     160

ABŞ dövlət katibi Antoni Blinken yanvarın 6-da Krit adasındakı Xaniya şəhərində baş nazirin evində keçirdiyi görüşdə Yunanıstanın baş naziri Kiriakos Mitsotakisdən Ukraynaya silah tədarükünü davam etdirməsini tələb edib.

Bizimyol.info xəbər verir ki, bu barədə "newsbreak.gr" portalı məlumat yayıb.
Portal iddia edir ki, Blinken görüş zamanı Yunanıstandan Ukraynaya yeni silah sistemlərinin çatdırılmasını tələb edib, “hətta baş nazirdən yekun cavab üçün bir neçə günlük vaxt verib”.
Portal qeyd edir ki, belə bir tələb şantajdır: "Mitsotakis bu şantaja boyun əyərsə, Yunanıstanın milli maraqlarına ağlasığmaz ziyan vuracaq", - deyə yazıda qeyd edilir.
1990-cı illərdən Yunanıstanda Rusiyanın "S-300PMU-1 Favorit", "Osa-AKM" və "Tor-M1" zenit-raket kompleksləri var. 2013-cü ilin dekabrında Yunanıstan ordusu Krit adasındakı Akrotiri poliqonunda "S-300"dən istifadə edərək, qonşu dövlətlərə qarşı güc nümayişi təlimləri keçirib. 2018-ci ildə Yunanıstan və Rusiya hərbi texnikaya texniki xidmət haqqında “Silah sistemlərinin ömrünün uzadılması” adlı saziş imzalayıb. Yunanıstan mətbuatının yazdığına görə, iki ölkə arasında bu sahədə əməkdaşlıq son vaxtlar dayandırılıb.
2023-cü ilin fevralında Yunanıstanın o vaxtkı milli müdafiə naziri Nikos Panaqiotopulos Yunanıstanın "ERT-1" telekanalına deyib ki, Yunanıstan Krit adasında yerləşən "S-300" zenit-raket komplekslərini Ukraynaya ötürməyəcək, çünki bu, Türkiyənin təhdidləri qarşısında onun müdafiəsini zəiflədəcək. 2023-cü ilin aprelində Panagiotopoulos parlamentdə bəyan etdi ki, Yunanıstan Ukraynaya "Leopard 2A6" göndərməyəcək. Panaqiotopulos təsdiq edib ki, Afina əvvəllər Ukraynanı keçmiş ADR-dən alınan "BMP-1"lər, eləcə də döyüş sursatları ilə təmin edib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova daha əvvəl bildirmişdi ki, Moskva Yunanıstanın Ukraynaya "S-300" və digər rus və ya sovet tipli hava hücumundan müdafiə sistemləri ilə təchiz etmək planlarını Rusiyaya qarşı düşmənçilik hesab edir.скачать dle 12.1