Bia.Az

Separatçıların iclası baş tutmadı: Şahramanyan adamlarını “parlament”dən geri çəkdi

Dünya
 9-01-2024, 12:24     123

Qarabağdan qaçaraq, İrəvanda məskunlaşmış separatçılar dünən qondarma “parlamnent”lərinin iclasını keçirməyə cəhd göstəriblər. Lakin Samvel Şahramanyan araya girdikdən sonra proses baş tutmayıb. JAMAZ.İNFO xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti məlumat yayıb.

Erməni nəşri iddia edir ki, separatçıların rəhbəri Samvel Şahramanyan dünən “Azad Vətən-CMD” “fraksiyası”nın “deputat”ları ilə görüşüb. “Şahramanyan onlardan xahiş edib ki, bir saatlıq sessiyanı təxirə salsınlar. Özü bəzi şeyləri öyrənənə qədər heç bir tədbir görməsinlər. Bütün bunlardan sonra “Azad Vətən-QMİ” fraksiyasının deputatları sadəcə olaraq, sessiyaya gəlməyib. Qalan deputatlar iclasa gəlsələr də, kvorum olmayıb”.

Qəzet Şahramanyanın niyə bu addımı atmasının səbəbini öyrənə bilməyib. Lakin “Joqovurd” belə bir “qənaətə” gəlib ki, bütün bunların hamısı Azərbaycanın tapşırığı ilə baş verir. Belə ki, Şahramanyan Bakı ilə danışaraq, razılıq ala bilmədiyi üçün iclas keçirilməyib.

Şübhəsiz, nəşr erməni təxyyülünü də işə salaraq, bunu Samvel Babayanın dünən verdiyi açıqlama ilə də əsaslandırıb. Belə ki, Babayan keçirdiyi mətbuat konfransında iddia edib ki, Samvel Şahramanyan davamlı olaraq Bakı ilə telefon əlaqəsi saxlayır.скачать dle 12.1