Bia.Az

Keçmiş ABŞ prezidenti Obamadan Baydenə Tramp xəbərdarlığı

Dünya
 8-01-2024, 14:01     194

Noyabrda ABŞ-da keçiriləcək prezident seçkilərində mümkün namizədlər hazırlıqlarına başlayıb.

Bizimyol.info xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Donald Trampın namizədliyi hələ dəqiq olmasa da, “Wall Street Journal” qəzetindəki xəbərdə ABŞ-ın keçmiş prezidenti Barak Obamanın hazırkı prezident Co Baydenə xəbərdarlıq etdiyi iddia edilib.

Qəzetin yazdığına görə, Obamanın noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkilərində Trampın yenidən seçilməsindən narahat olduğu və Baydenə seçki kampaniyasını gücləndirməyə çağırdığı iddia edilib. Xəbərə görə, Bayden və Obama xüsusi naharda görüşüb və Obama Baydenin seçki kampaniyası ilə bağlı fikirlərini söyləyib.

Qəzetə məlumat verən üç məmur: "Obama deyib ki, Baydenin kampaniyası aqressiv şəkildə irəliləməlidir, çünki "Trampın namizədliyi sürətlə müəyyənliyə yaxınlaşır". Obama Trampın yenidən hakimiyyətə gəlməsindən narahat olduğu da bildirilib", - deyə qeyd edib.

Bu xəbərdən sonra Baydenin komandasından cavab gəlib. Baydenin seçki kampaniyasını təşkil edən komanda Obama və Bayden arasındakı əməkdaşlığı müdafiə edərək bunun seçki strategiyası olduğunu bildirib. Baydenin seçki komandasının üzvü Quentin Fulks vurğulayıb ki, Obama və Bayden Trampın məğlub olması ilə bağlı razılığa gəliblər.

Fulks: “Prezident Bayden və keçmiş Prezident Obama tez-tez kampaniyanın idarə edilməsi və seçki hazırlığı kimi mövzularda danışırlar. Amma hazırda yeganə diqqətimiz ekstremistlərin, azadlıq və demokratiyaya təhlükə yaradanların qarşısını almaqdır.Biz məhz buna diqqət yetirmişik", - deyə qeyd edib.

Digər tərəfdən, Obama 2020-ci il seçkilərində Bayden üçün kampaniya apardı, ölkə daxilində tədbirlər təşkil etdi və onu dəstəkləyən video yazılar yayımlayaraq dəstək verdi.скачать dle 12.1