Bia.Az

“S-400”-ləri “F-35”-ə dəyişmirik! – “ABŞ Türkiyəyə qarşı ədalətsiz mövqedədir”

Dünya
 29-07-2020, 19:01     13

Vaşinqton Ankaranı beşinci nəsil F-35 qırıcılarının istehsalı üzrə çoxtərəfli proqramdan tam kənarlaşdırdıqdan sonra, Rusiyadan “S-400” zenit-raket sistemlərinin alınması ilə bağlı Türkiyə Birləşmiş Ştatlarla arada yaranmış problemləri həll etməyə hazırdır.
Bu barədə iyulun 28-də Türkiyənin müdafiə naziri Hülusi Akar bəyan edib.
““F-35” proqramına gəlincə, ABŞ hökumətinin bütün hesabatları göstərdi ki, Türkiyənin bu proqramdan kənarlaşdırılması təyyarələrin kritik komponentlərinin istehsalında risklər yaradıb və xərcləri artırıb. Onlar (amerikalılar - red.) öz qərarlarına yenidən baxmalıdırlar» - Akar qeyd edib.
Bu barədə çərşənbə günü Türkiyənin TRT dövlət telekanalı xəbər verib.
Nazir onu da bildirib ki, Ankaranının “F-35” proqramında iştirakının dayandırılması “ədalətli” deyildi və COVID-19 pandemiyasına baxmayaraq, Türkiyənin müdafiə sənayesi qırıcıların açar hissələrinin tədarükünü davam etdirirdi.
“Tükiyə “F-35” qırıcılarına sadəcə müştəri deyil, həm də onun istehsalında həmkardır. “F-35” texnologiyalarının müdafiəsinin təmin olunması həm Türkiyə üçün, həm də ABŞ üçün həyati əhəmiyyətli məsələdir. “S-400” sistemləri ilə bağlı biz, ABŞ-ı narahat edən isənilən məsələyə və “F-35”-lərlə uyğunluğu məsələsinə baxmağa hazırıq! - nazir bildirib.
O, həm də xatırladıb ki, Türkiyə və ABŞ arasında tarixi «enmələr və qalxmalar» olub, amma onlar ümumi maraqlara söykənən hərtərəfli və strateji alyans sayəsində fikir ayrılıqlarını aradan qaldırırlar.

BİA.az
скачать dle 12.1