Bia.Az

Şarl Mişel Avropa Şurasının rəhbəri postunu erkən tərk edəcək

Dünya
 7-01-2024, 20:06     217

РБК:  Avropa Şurasının sədri Şarl Mişel 2024-cü ilin yayında keçiriləcək Avropa Parlamentinə seçkilərdə iştirak etmək niyyətini açıqlayıb, deyə “La Libre” yazır.

"Mən Avropa seçkilərində [Belçika “İslahat Hərəkatı” partiyasının] siyahısına rəhbərlik edəcəyəm" deyə Mişel bildirib (“RTL info”dan sitat).

Beləkiklə, o, parlamentə seçiləcəyi təqdirdə mandatının bitməsinə bir neçə ay qalmış -  iyulda Avropa Şurasındakı vəzifəsini tərk edəcək.
Avropa Parlamentinə deputat seçkiləri 2024-cü il iyunun 6-dan iyunun 9-dək keçiriləcək.

Mişel seçilərsə, iyulun 16-da parlamentari kimi and içənə qədər Avropa Şurasının rəhbəri vəzifəsini icra edəcək. Avropa Şurası sədrinin sözlərinə görə, onun varisi iyunun sonu - iyulun əvvəlində seçiləcək.

Mişel vəzifəsini 2019-cu ilin dekabrından icra edir. Onun sələfi Donald Tusk olub.скачать dle 12.1