Bia.Az

Netanyahu: "HƏMAS məhv edilənə qədər İsrail Qəzza əməliyyatını dayandırmayacaq"

Dünya
 7-01-2024, 01:28     170

"İsrail Fələstinin radikal HƏMAS hərəkatının məhv edilməsi və anklavda saxlanılan girovların azad edilməsi də daxil olmaqla, əsas məqsədlərini başa çatdırana qədər Qəzza zolağında hərbi əməliyyatını dayandırmayacaq".

Bizimyol.info xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
“Üç ay əvvəl HƏMAS dövlətimizə və xalqımıza qarşı dəhşətli qətliam həyata keçirdi. Mənim rəhbərlik etdiyim hökumət İsrail Müdafiə Qüvvələrinə (İMQ) HƏMAS-ı məhv etmək, girovlarımızı geri qaytarmaq və Qəzzanın artıq İsrail üçün təhlükə yaratmamasını təmin etmək üçün müharibəyə başlamağı tapşırıb. Və bütün bu məqsədlərə çatana qədər bölgədə müharibəni dayandırmağı düşünmürük”, - deyə Netanyahu qeyd edib.
Baş nazir vurğulayıb ki, İsrail Livanla sərhəddə gərginliyin qaldığı həm cənubda, həm də şimalda təhlükəsizliyi bərpa etmək niyyətindədir: “Biz HƏMAS-a heç bir yerdə toxunulmazlıq vermirik və həm cənubda, həm də şimalda təhlükəsizliyi bərpa etmək üçün mübarizə aparırıq. O vaxta qədər, bu məqsədimizə çatmaq üçün hər şeyi bir kənara qoymalı və tam qələbə qazanana qədər birlikdə hərəkət etməyə davam etməliyik”, - deyə qeyd edib.
Ötən il oktyabrın 7-də Qəzza zolağından HƏMAS yaraqlılarının İsrail ərazisinə soxulması, sərhədyanı yaşayış məntəqələrinin sakinlərinin öldürülməsi, eləcə də, 200-dən çox girovun, o cümlədən uşaq, qadın və qocaların əsir götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib.
Radikallar bu hücumu İsrail hakimiyyətinin Qüdsdəki Əl-Əqsa məscidinə qarşı hərəkətlərinə cavab adlandırıblar. İsrail Qəzzanı tam mühasirəyə aldığını elan edərək, anklavda, Livan və Suriyanın müəyyən bölgələrində hücuma qarşı cavab tədbirləri görməyə başlayıb. İordan çayının qərb sahilində də toqquşmalar baş verir.скачать dle 12.1