Bia.Az

Borrell Qəzza zolağında tezliklə atəşkəsə nail olmağın vacibliyini qeyd edib

Dünya
 6-01-2024, 18:27     193

Beynəlxalq ictimaiyyət Qəzza zolağında Fələstin əhalisinin iztirablarına son qoymaq üçün təsirli addımlar atmalıdır.

Bizimyol.info xəbər verir ki, bunu Beyrutda keçirdiyi mətbuat konfransında Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel deyib.

“Qəzza zolağında daimi atəşkəsin yaradılması üçün təcili tədbirlər görülməlidir”, - deyə çıxışı LBC tərəfindən yayımlanan Borrell bildirib.
“İordan çayının qərb sahilində yəhudi mühacirlərin törətdiyi zorakılıqlar davam edərkən biz əlimizi qoynumuza qoyub buna tamaşa edə və səssiz qala bilmərik. Dünyanın hər yerində olduğu kimi, burada da baş verən hadisələri diqqətlə araşdırıb hüquqi qiymətini verməliyik. Lakin bütün bunlarda öncə bölgədə, təcili olaraq, sülhün bərqərar olmasına, insan qırğınının qarşısının alınmasına çalışmalıyıq”, - Aİ diplomatiyasının rəhbəri vurğulayıb.

Öz növbəsində, Livan Xarici İşlər Nazirliyinin rəhbəri vəzifəsini icra edən Abdullah Bou Həbib mətbuat konfransında qeyd edib ki, onun hökuməti İsraillə genişmiqyaslı münaqişəyə cəlb edilməmək üçün hər cür səy göstərir. Onun sözlərinə görə, “müharibənin nəticələri dözülməz və son dərəcə təhlükəli olacaq”.

Bou Həbib Livan və Aİ arasında sıx tərəfdaşlığın gücləndirilməsinin tərəfdarı olduğunu bildirib: “Yalnız siyasi nizamlanma Yaxın Şərqdə onilliklər davam edən zorakılıq dövrünə son qoya bilər”, - deyə o qeyd edib.скачать dle 12.1