Bia.Az

CHP-də QARŞIDURMA: - Özəl və İmamoğlu üz-üzə gəldi

Dünya
 4-01-2024, 16:11     204

Türkiyənin Cümhuriyyət Xalq Partiyasında (CHP) 31 martda keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı yeni kriz yaşandığı iddia olunur.

"Cebhe.info" Türkiyə mediasına istinadən xəbər verir ki, namizədlərin müəyyən olunmasında CHP sədri Özgür Özəl və İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu arasında fikir ayrılığının yaşandığı önə sürülür.

Bəzi şəxslərin yenidən namizəd göstərilməsi məsələsində fərqli fikirlərin olduğu deyilir. Xəbərlərə əsasən, İmamoğlu İzmir, Muğla və Təkirdağda namizədlərin müəyyən olunmasında həlledici rol oynamaq istəyir.

İmamoğlunun məqsədinin 2028-ci ildə keçiriləcək prezident seçkilərində onun namizədliyini dəstəkləyəcək kadrları qurmaq olduğu düşünülür.

Bu isə partiyada birmənalı qarşılanmır. Hətta partiya daxilində bələdiyyə seçkiləri ilə bağlı da iki qrup formalaşdığı söylənilir.

Belə ki, əsas anlaşmazlığın Özgür Özəlin komandası ilə Əkrəm İmamoğlunun komandası arasında yaşandığı bildirilir. Bütün bu baş verənlər isə CHP içərisində Özəl və İmamoğlu cəbhəsinin açılması kimi dəyərləndirilir.
скачать dle 12.1