Bia.Az

İrəvanda keçirilən bu aksiya qəbuledilməzdir - İsrail

Dünya
 4-01-2024, 01:28     327

Nasist təəssübkeşi Qaregin Njdenin təbliği qəbuledilməzdir.

Axar.az xəbər verir ki, bu barədə İsrailin Ermənistan və Moldovadakı qeyri-rezident səfiri Coel Lion X hesabında İrəvanda Njdenin şərəfinə yürüşü şərh edərkən yazıb.

“2024-cü il yanvarın 1-də İrəvanda “Sieg Heil” şüarı altında keçirilən yürüşdən çox narahatam. Nasist təəssübkeşi Qaregin Njdenin təbliği qəbuledilməzdir. Hakimiyyət neonasizmin və antisemitizmin bütün formalarına qarşı qəti mövqe tutmalıdır”, - o yazıb.

Qeyd edək ki, İrəvanda neonasistlər faşist Reyxi ilə əməkdaşlıqda günahlandırılan erməni nasisti Qaregin Njdenin doğum günü şərəfinə yürüş keçiriblər.скачать dle 12.1