Bia.Az

İranda Qasım Süleymaninin məzarı yaxınlığında ard-arda partlayışlar baş verib

Dünya
 3-01-2024, 16:36     200

İran İnqilabı Keşikçiləri Korpusunun elit bölməsi olan Qüds Qüvvələrinin keçmiş komandanı Qasım Süleymaninin məzarı yaxınlığında ardıcıl partlayışlar baş verib.


Bizimyol.info xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumatlarda bildirilir ki, baş verən partlayışlardan sonra yaranan izdiham nəticəsində xəsarət alanlar olub.

İran İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandanı general Qasım Süleymani 4 il əvvəl - 2020-ci il yanvarın 3-də Bağdad hava limanında pilotsuz təyyarənin hücumuna məruz qalaraq ölmüşdü.

Sui-qəsddən sonra İran tərəfdən qisas şüarları səslənsə də, İsrail ittihamlarla bağlı dəqiq açıqlama verməyib. Bununla belə, ötən ilin sentyabrında İsrailin keçmiş Kəşfiyyat rəisi Hayman ibranidilli jurnala verdiyi müsahibədə Süleymaninin qətlində İsrailin məsuliyyət daşıdığını bildirərək ilk etirafı səsləndirmişdi.скачать dle 12.1