Bia.Az

Harvard Universitetinin rektoru irqçilərin təzyiqi altında istefa verdiyini bildirib

Dünya
 3-01-2024, 13:44     105

ABŞ-ın Massaçusets ştatının Kembric şəhərindəki Harvard Universitetinin rekroru Klaudin Qay tutduğu vəzifədən istefa verib.


Bizimyol.info xəbər verir ki, Qay yazılı açıqlamasında istefa qərarının "sözlə təsvir edilə bilməyəcək qədər çətin" olduğunu bildirib.
Universitetin öz məqsədlərinə müstəqil şəkildə davam edə bilməsi üçün istefasının Harvardın xeyrinə olacağını vurğulayan Qay, irqçi hücumlara məruz qaldığını vurğulayıb.

Qay: “Təəssüf edirəm ki, mənim şəxsiyyətimi formalaşdıran iki əsas dəyər olan nifrətlə mübarizə və akademik sərtliyi qoruyub saxlamaq öhdəliyim kölgədə qalıb. İrqi düşmənçilikdən qaynaqlanan şəxsi hücumlara, təhdidlərə məruz qalmaq həyatım və karyeram üçün qorxuludur", - deyə qeyd edib.

Universitet rəhbərliyi Qayın istefasının qəbul edildiyini və müvəqqəti rektor vəzifəsini dekan Alan Qarberin icra edəcəyini açıqlayıb.
Harvard Universitetinin rektoru Qay, Pensilvaniya Universitetinin rektoru Liz Magill və Massaçusets Texnologiya İnstitutunun rektoru Sally Kornbluş İsrail-Fələstin münaqişəsinin başlanmasından sonra dekabrın 5-də ABŞ Konqresinin Nümayəndələr Palatasında keçirilən “universitet şəhərciklərində antisemitizm” komitəsinin dinləmələrində ifadə veriblər.

Üç ad Nümayəndələr Palatasında Respublikaçılar Partiyasının rəhbəri olan Elise Stefanikin yəhudilərə qarşı soyqırım çağırışının məktəblərin təhsil qaydalarına zidd olub-olmayacağı ilə bağlı sualına aydın “bəli” və ya “xeyr” cavabını verməyib. O, zorakılıq və təcavüzlə əlaqədar davranışların ifadə azadlığını qorumaq üçün balanslı olmasının lazım olduğunu deyib. Bunun üzərinə 70-dən çox Konqres üzvü üç universitetin direktorlar şurasına rektorların işdən çıxarılması ilə bağlı məktub imzalayıb. Pensilvaniya Universitetinin rektoru Magill reaksiyalardan sonra istefa verib.

Harvardın 388 illik tarixində ilk qaradərili prezidenti olan və iyul ayında bu vəzifəyə təyin edilən Qay da həftələrdir doktorluq tezislərində və məqalələrində plagiatlıqda ittiham olunur. Bununla belə, Harvard administrasiyası bildirib ki, Qayın akademik əsərlərinin müstəqil nəzərdən keçirilməsi onun plagiat olmadığını müəyyən edib.скачать dle 12.1