2023-cü ildə Finlandiyaya gələn ukraynalıların sayı azalıb

2023-cü ilin sonunda Finlandiyada Avropa İttifaqının müvəqqəti müdafiəsi üçün müraciət edən Ukrayna vətəndaşlarının sayı yarıdan çox azalıb: 2022-ci ildəki 46 641 nəfərdən 2023-cü ildə 18 086 nəfərə qədər.
BİA.az Bizimyol.info-a istinadən xəbər verir ki, bu barədə Finlandiya Miqrasiya Agentliyi məlumat yayıb.
2023-cü ildə Finlandiyada ümumilikdə 18 508 nəfər müvəqqəti mühafizə üçün müraciət edib (2022-ci ildə 47 248). Hesabatda ard-arda iki ildir ki, əksəriyyəti 35-64 yaşlı qadınlar təşkil edir.
Miqrasiya Agentliyi bildirir ki, bu dəyişikliklərlə əlaqədar olaraq bu qrup insanlarla bağlı həftəlik statistik məlumatların dərci dayandırılacaq və onlar haqqında müntəzəm mesajlarda məlumat veriləcək.
Avropa İttifaqının Müvəqqəti Mühafizə Direktivi tarixdə ilk dəfə 2022-ci ilin martında ukraynalılara yardım göstərmək üçün işə salınıb.