Bia.Az

Harada neçə xəstə var?

Dünya
 2-01-2024, 15:16     231

Sentyabrın 28-də yenilənən beynəlxalq statistikaya görə, 185 ölkə və ərazidə 21 milyon 85 min nəfərdən çox aktiv koronavirus xəstəsi var. İlk beşlikdə göstərilən ABŞ-da müalicə alanların sayı 1 milyon 75 min, Polşada 1 milyon 66 min, Vyetnamda 939 min, Braziliyada 842 min, Sinqapurda 422 min nəfəri ötür.

Novator.az bildirir ki, qonşu Rusiyada 160722, İranda 92225, Gürcüstanda 61609, Qazaxıstanda 14963, Ermənistanda 5444 min xəstə qeydə alınıb.

2019-cu ilin dekabrında Çində üzə çıxıb daha 230 ölkə, ərazi və məkana yayılan infeksiyaya Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də rəsmiləşib. Son milli hesabata əsasən, ölkədə 832809 nəfər koronavirusa yoluxub, onların 10321-i vəfat edib, 225-i aktiv xəstədir, qalanları sağalıb

Mənbə: Worldometers.infoскачать dle 12.1