Bia.Az

Finlandiya sərhədçiləri Rusiya ilə sərhəddə miqrantlarla bağlı böhranın davam edəcəyini gözləyirlər

Dünya
 2-01-2024, 14:18     168

Finlandiya Sərhəd Mühafizəsi yanvar ayında Rusiya ilə sərhəddə miqrasiya böhranının bu və ya digər formada davam edəcəyini gözləyir.


Bizimyol.info xəbər verir ki, bu barədə Rusiya mətbuatı idarənin mətbuat xidmətinə istinadən məlumat verilib.

“Sərhəd Mühafizəsi həmçinin Rusiyadan Finlandiyaya miqrasiyanın bu və ya digər formada 2024-cü il yanvarın 14-dən sonra davam edəcəyini gözləyir (bu vaxta qədər Finlandiya Nazirlər Kabinetinin qərarı ilə bütün sərhəd keçid məntəqələri bağlı qalacaq). Sərhəd məntəqələri vasitəsilə nəqliyyatın bərpası və vəziyyət hökumətin bu məsələ ilə bağlı sonradan nə qərar verəcəyindən asılı olacaq”, - deyə mətbuat xidmətindən bildiriblər.

Onlar əlavə ediblər ki, hazırda Finlandiya-Rusiya sərhədində vəziyyət sakitdir və dəmir yolu nəqliyyatı yeganə açıq buraxılış məntəqə olan Vainikkala vasitəsilə hərəkət edir."Vaynikkala sərhəd məntəqəsindən keçən dəmir yolu nəqliyyatı istisna olmaqla, heç bir sərhəd nəqliyyatı fəaliyyət göstərmir", - deyə mətbuat xidməti qeyd edib.

Əvvəllər Finlandiya hökuməti noyabrın 30-dan dekabrın 14-dək Rusiya Federasiyası ilə sərhəddəki bütün avtomobil buraxılış məntəqələrini bağlamaq qərarına gəlib; iki keçid məntəqəsi yenidən açılıb, lakin üçüncü ölkələrdən gələn miqrantların yenidən axını ilə əlaqədar 15 dekabrdan 14 yanvara qədər sərhədlər bağlanıb.скачать dle 12.1