Stoltenberq İsveçin NATO-ya üzvlüklə bağlı proqnozunu açıqlayıb

NATO-nun baş katibi Yens Stoltenberq İsveçin 2024-cü ildə Şimali Atlantika Alyansına üzv olacağına əmin olduğun bildirib.
Bizimyol.info xəbər verir ki, bu barədə "DPA" xəbər agentliyi məlumat yayıb.Stoltenberq bildirib ki, İsveç iyulda keçiriləcək Vaşinqton sammitində NATO-nun 32-ci üzvü olacaq. O, ölkənin Türkiyənin irəli sürdüyü şərtləri yerinə yetirəcəyinə əmindir.
Hazırda iki ölkə arasında Ankaranın tələbi ilə "F-16" qırıcılarının tədarükü ilə bağlı əlavə razılaşma barədə danışıqlar davam edir.