Bia.Az

Şırnak ən böyük neft hasil edən vilayətə çevrilir

Dünya
 2-01-2024, 01:54     255

Yaxın 3 ayda Şırnak Türkiyənin ən böyük neft hasil edən vilayətinə çevriləcək. 2024-ci ilin sonunda 100 min barrel hasilat hədəfinə çatdığımız zaman Türkiyənin bir nömrəli neft şəhəri olacaq.

Axar.az xəbər verir ki, bu barədə enerji və təbii sərvətlər naziri Alparslan Bayraqdar deyib.

“Burada təkcə neft deyil, həm də mədənlər, geotermal ehtiyatlar, günəş və külək elektrik stansiyaları olacaq. Ona görə də enerji bazasına çevrilmiş bir Şırnakı hədəfləyirik. Ən mühüm layihələrdən biri də Qabardadakı neftdir. Bu yataqlarda 30-a yaxın quyu qazdıq. Hazırda gündəlik 30 min barrel neft hasil edirik. Hədəfimiz 2024-ci ilin sonuna qədər hasilatı 100 min barrelə çatdırmaqdır. Bu yolla Türkiyənin gündəlik ehtiyacının 10 faizini təkcə bu bölgədən qarşılayacağıq”, - nazir deyib.скачать dle 12.1