"Rusiya tezliklə müsəlman ölkəsinə çevriləcək" - Alyautdinov

“Miqrantlar sayəsində Rusiya tezliklə müsəlman ölkəsinə çevriləcək”.
KONKRET.az xəbər verir ki, bu sözləri Moskva müsəlmanlarının müftisi, imam İldar Alyautdinov özbək diasporunun təşkil etdiyi konfransda çıxışı zamanı deyib.
“Ümumiyyətlə, dünyada və ölkəmizdə mənzərə kəskin şəkildə dəyişəcək. Deməli, inşaallah, bizim bütün İslam nümayəndələrinin, müsəlman icmasının bütün nümayəndələrinin böyük demoqrafik missiyası var. Böyük bir missiya.
İnşallah, biz birlikdə bu missiyanı ən yaxşı şəkildə yerinə yetirəcəyik”, – deyə o bildirib.