HƏMAS-ın Yeni il “təbriki”: 20 raket buraxdı
HƏMAS Yeni ilin ilk dəqiqələrində Qəzza zolağından İsrailə 20-dən çox raket atıb.
Axar.az xəbər verir ki, bu barədə “Taysm of İsrail” məlumat yayıb.
Bildirilib ki, Dəmir Qübbə raketlərin əksəriyyətini ələ keçirib.
Hücumun İsrailin cənub və mərkəzi bölgələrinə edildiyi vurğulanıb.
Ölən və yaralananlar barədə məlumat yoxdur.