Bia.Az

Hindistan və Pakistan nüvə obyektlərinin siyahısını mübadilə edirlər

Dünya
 1-01-2024, 14:29     221

Hindistan və Pakistanın hakimiyyət orqanları 2024-cü ilin ilk günündə iki ölkədəki nüvə obyektlərinin siyahısını mübadilə ediblər.

Bizimyol.info xəbər verir ki, Hindistan Xarici İşlər Nazirliyinin rəsmi saytında verilən məlumata görə, siyahıların ötürülməsi diplomatik kanallar vasitəsilə eyni vaxtda iki qonşu dövlətin paytaxtlarında həyata keçirilib.

“Bu gün Hindistan və Pakistan diplomatik kanallar vasitəsilə eyni vaxtda Yeni Dehli və İslamabadda Hindistan-Pakistan Nüvə Qurğuları və Obyektlərinin Qadağası Sazişinin əhatə etdiyi nüvə qurğuları və obyektlərinin siyahısını mübadilə ediblər, - deyə mesajda qeyd edilir.

Hindistan Xarici İşlər Nazirliyinin qeyd edib ki, 31 dekabr 1988-ci ildə imzalanmış və 1991-ci il yanvarın 27-də qüvvəyə minmiş saziş, digər məsələlərlə yanaşı, Hindistan və Pakistanın hər təqvim ilinin 1 yanvarında sazişin əhatə etdiyi nüvə qurğuları və obyektləri haqqında bir-birlərinə məlumat vermələrini nəzərdə tutur. Bu, iki ölkə arasında 33-cü belə siyahı mübadiləsidir.

Bu tədbir Cənubi Asiyada təhlükəsizliyin qorunmasında ən vacib tədbirlərdən biri hesab olunur. İlk belə mübadilə 1 yanvar 1992-ci ildə baş verdi.скачать dle 12.1