Bia.Az

Zaxarova: "Rusiya heç vaxt ultimatumlara və ya şantajlara boyun əyməyib"

Dünya
 30-12-2023, 19:59     208

"Rusiya Federasiyası heç vaxt ultimatum və ya şantajlarla nəyəsə məbur etmək, boyun əydirmək mümkün deyil".


Bizimyol.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "Telegram" kanalında yazıb.
Diplomat Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyakın Rusiya ilə heç bir danışıqların olmayacağını dediyi sözləri şərh edərkən bu ifadəni işlədib. Onun sözlərinə görə, "Rusiya Federasiyasına ən yüksək səviyyədə son tələblər olacaq və Rusiya onları qəbul edəcək”,- deyə bir şey mümkün deyil: "Bu terrorçu canlılar son gücləri ilə əhalisini zombiləşdirməyə çalışırlar ki, onları silah gücü ilə səngərlərə sürükləyib orada qırsınlar", - deyə Zaxarova yazıb.

"Hələ də "bank terrorçularını" dinləyən hər kəs bilməlidir: Rusiya heç vaxt ultimatumlara və ya şantajlara boyun əyməyib. Qılıncla, qumbara ilə gələni qovurdular. Bir ölkəni və ya onun xalqını məhv etməyə çalışan hər kəsə insanlıqdan uzaqlaşmaya qarşı resept verilirdi. Belqorod - bütün ölkə səninlədir!", - deyə Rusiya diplomatik departamentinin nümayəndəsi vurğulayıb.

Qeyd: İndiyə qədər yayılan məlumatlara görə, dinc əhalini nəzərə alınmasa, Rusiyanın müharibədə ölən hərbçilərinin sayı Ukraynadan dəfələrlə çoxdur. Kutləvi çağırışlar da Rusiya Ukraynada əvvəl başlayıb. Hətta ötən ilin yaz aylarında təlim görməmiş çağırışçıların birbaşa cəbhəyə göndərilməsi barədə  Rusiyadan olan sosial şəbəkə istifadəçiləri, Qərb mətbuatı və beynəlxalq təşkilatlar məlumat vermişdi. Sonradan qapadılan sosial şəbəkə istifadəçiləri, müharibənin ilk aylarında ölənlərin çox oluğuna görə, hökumətin cəsədləri ailələrinə verilməməsi barədə göstəriş verdiyini yazırdılar.скачать dle 12.1