Bia.Az

Fransada əcnəbi imamlara qadağa...

Dünya
 30-12-2023, 01:41     269

Fransada əcnəbi imamlar 2024-cü il aprelin 1-dən öz səlahiyyətləri çərçivəsində işləyə bilməyəcəklər.

Axar.az xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Cerald Darmanin deyib.

“2024-cü il aprelin 1-dən sonra ölkədə olan əcnəbi imamlar bu statusda işlərini davam etdirə bilməyəcəklər”, - nazir bildirib.

Qeyd olunur ki, yeni ilin yanvarın 1-dən Fransa yeni əcnəbi imamları qəbul etməyəcək, aprelin 1-dən isə ölkədə yerləşən bütün əcnəbi imamlar bu statusda öz fəaliyyətlərini qanuni şəkildə həyata keçirə bilməyəcəklər.

Bildirilib ki, qadağalar əcnəbi imamların Fransada moizə oxumasının qarşısını almaq üçün deyil, heç bir imamın başqa dövlətə qulluq etməməsi və xüsusən də ondan pul mükafatı almaması məqsədi güdür.скачать dle 12.1