Bia.Az

Astana aeroportunda həyəcan ELAN OLUNDU

Dünya
 29-12-2023, 01:15     249

Qazaxıstanın Astana Beynəlxalq Hava Limanının aviasiya təhlükəsizliyi xidməti aeroportda həyəcan siqnalı verib.

Bu barədə aeroportun mətbuat xidməti məlumat yayıb.

"KS954 reysi ilə Astanadan Almatıya uçmağa hazırlaşan 44 yaşlı kişi qeydiyyat masasında əl yükündə silah və narkotik olduğunu bildirib. Aeroport əməkdaşları dərhal şübhəlinin olduğu ərazini mühasirəyə alıblar. Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinə, Milli Təhlükəsizlik Komitəsinə və Terrorla Mübarizə Mərkəzinə təcili məlumat verilib", - məlumatda deyilir.

Məlumata görə, Astana Beynəlxalq Hava Limanının Aviasiya Təhlükəsizliyi Xidmətinin əməkdaşları sərnişinin əl yükünü yoxlayaraq polis bölməsinə təhvil veriblər.

"Sərnişin polisə verdiyi izahatda əl yükündə silah və narkotik vasitələrin olması barədə zarafat etdiyini bildirib. Qazaxıstan Respublikası Milli Təhlükəsizlik Xidmətinin göstərişi ilə Astana Beynəlxalq Hava Limanında həyəcan siqnalı qaldırılıb", - məlumatda qeyd edilir.

Qeyd edək ki, faktla bağlı Qazaxıstan Cinayət Məcəlləsinin 273-cü maddəsi (terror aktı haqqında bilə-bilə yalan məlumat vermə) ilə cinayət işi açılıb. Onun 17 milyon tengedən (37 min dollar) çox cərimə və ya 5 ilədək həbs cəzası gözləyir.скачать dle 12.1