Bia.Az

Maduro orduya əmr verdi: Britaniya gəmisi...

Dünya
 29-12-2023, 00:50     242

Venesuela Prezidenti Nikolas Maduro Britaniyaya məxsus Trent gəmisinin Qayana sahillərinə gəlməsinə kəskin qarşı çıxıb və bunun fonunda Karib dənizinin şərqində müdafiəni gücləndirməyi və Atlantik okeanı sahillərində hərbi təlimlərə başlamaq barədə tapşırıq verib.

Axar.az xəbər verir ki, bu barədə “Venezolana de Televisión” məlumat yayıb.

"Venesuela müdafiə, sabitlik və sülh hüququna malikdir. Biz heç kimin təxribat və təhdidlərini qəbul etmirik. Venesuela təhdid və təxribatlara qətiyyət və vətənpərvərliklə cavab verir", - Maduro vurğulayıb.

Qeyd edək ki, Venesuela ilə yaranmış gərginlik fonunda Britaniya Qayana sahillərinə “Trent” patrul gəmisini göndərib.скачать dle 12.1