Bia.Az

Zelenski: Ukrayna son bir ildə silah istehsalını üç dəfə artırıb

Dünya
 28-12-2023, 12:00     212

Bizimyol.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Zelenski sosial media hesabından verdiyi açıqlamada: "Biz güclü olmalıyıq. Biz son bir ildə silah istehsalını üç dəfə artırmışıq. Rusiya anlamalıdır ki, onun hər bir hücumuna cavab verməkdə gecikməyəcək. Bizə, Rusiyanın başlatdığı bu müharibədə mütləq qələbə lazımdır. Ukrayna daha güclü olmalı, ərazilərini işğaldan azad etməlidir", - deyə qeyd edib.

Hazırda Ukraynanın müdafiə sektorunda 300 min adamın çalışdığını deyən Zelenski, hər 5 müdafiə şirkətindən 4-nün özəl olduğuna diqqət çəkib.

Zelenski Ukraynanın dünyanın ən böyük xarici silah istehsalçıları ilə birgə istehsalın daha da artırılacağının mümkün olduğunu bildirib.скачать dle 12.1